Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Mikayıl Cabbarov VII Dünya İnvestisiya Forumunda çıxış edib – FOTO

Nazirlikdən Fins.az-a verilən məlumata görə, o, forumun investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlara töhfə verəcəyinə əminliyini ifadə edib, ölkənin investisiya siyasətinin prioritetləri barədə məlumat verib. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan böyük Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası inkişaf üçün yeni çağırışlar və reallıqlar yaradıb, ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi daha da artıb. Tədbirdə COVID-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verilib, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri qeyd olunub. İqtisadiyyat naziri Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını, qanunvericiliyin, biznes qeydiyyatı, vergi və gömrük sistemlərinin təkmilləşdirildiyini, inzibati prosedurların sadələşdirildiyini, korporativ idarəetmənin, dövlət-özəl tərəfdaşlığının, e-hökumətin əhatə dairəsinin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatının postpandemiya dövründə hərtərəfli bərpasına dəstək üçün yerli və xarici investisiyaların cəlbi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası investisiya fəaliyyətinin canlanmasında əlverişli mexanizmlərdir.

İqtisadiyyat naziri bildirib ki, 2021-ci ilin 1 aprel tarixindən fəaliyyətə başlamış Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzi ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verməklə, “yaşıl iqtisadiyyat”ın inkişafında, investisiyaların cəlb edilməsində əhəmiyyətli platformadır.

Forumda Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Koreya, Meksika, Tayland, Misir və digər ölkələrin iqtisadiyyat, sənaye, ticarət və investisiya nazirlərinin yaxın illərdə milli və beynəlxalq investisiya siyasətinin formalaşmasında prioritetlər və davamlı bərpa məqsədilə əsas sektorlara investisiya qoyuluşlarının sürətləndirilməsi barədə çıxışları dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya İnvestisiya Forumu investisiya siyasətinin hazırlanmasına dəstək göstərmək, biznes və siyasət sahəsində dünya liderləri ilə qarşılıqlı əlaqə üçün imkan yaradan qlobal platformadır. Hər 2 ildə 1 dəfə keçirilən Dünya İnvestisiya Forumunda 160-a yaxın ölkədən 5000-dən çox investor iştirak edir.

SHARE THIS STORY

FacebookTelegramTwitter