Əsas xəbərlər
Elektron Kredit Platforması bu tarixlərdə işləməyəcək-XƏBƏRDARLIQ Manatın dollara qarşı bazar ertəsinə olan rəsmi məzənnəsi AÇIQLANIB “AzerGold”-un rəhbəri “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir -AÇIQLAMA Çin pul siyasətini yumşaldacaq “The Banker” ABB-ni “İlin bankı” elan etdi! Evergrande 260 milyon dollar zəmanət tələbi alır AQTA “AZZA”da nöqsanlar aşkarlayıb Qazaxıstan bankının qərarı ilə bağlı AÇIQLAMA Türk lirəsi 13,89 dollara qədər ucuzlaşdı Omikron Böyük Britaniyanın faiz dərəcəsi qərarında əsas rol oynayacaq “AzerGold”un Müşahidə Şurasının iclası keçirilib Nazir: “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” Kanada dolları bahalaşıb Hərbi qulluqçumuza hücum olub, erməni əsilli şəxs zərərsizləşdirilib – RƏSMİ Google yanvarın 10-dan sonra işçilərin məcburi ofisə qayıtmasını təxirə salır Avropada karbon qiymətləri rekord həddə bahalaşıb DBS Group rəhbəri: Rəqəmsal bankların Sinqapurda bazar payı əldə etməsi çətindir Dövlətin daşınar əmlakının satışından nə qədər vəsait əldə olunub? Dövlət bu sahələrə 21 milyon manat investisiya cəlb edib Dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları barədə AÇIQLAMA Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən büdəcəyə daxil olan vəsaitin məbləği AÇIQLANIB 2022-ci ilin icmal büdcəsinin gəlirləri və xərclərində dəyişiklik edilib Rusiya Google və Meta-ya cinayət işi açıb Baş nazirdən süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ Laqard: Şərtlər yaranarsa, faiz dərəcələrini artırmaqdan çəkinməyəcəyik Güclü külək əsəcək – XƏBƏRDARLIQ Türkiyədə inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb “Sumqayıt Tikinti Xidmət”-lə bağlı investisiya müsabiqəsi Diplomatlara sığorta ödənişi ilə bağlı dəyişiklik layihəsi təsdiqlənib Xarici pasportların alınması və itirilməsinə görə yeni rüsumlar müəyyənləşib Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib “Zerkalni” avtomobil nömrələri ilə bağlı rüsum təsdiqlənib – QİYMƏTLƏR Azərbaycanda bu şirkət kapitalının yarım milyondan çoxunu geri götürüb Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər Azərbaycanda gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV geri alınacaq Spirtli içkilərin aksiz vergisinin artırılmasını nəzərdə tutan layihə qəbul edilib “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib Səhmdar cəmiyyətə yeni baş direktor təyin edilir Azərbaycan Prezidenti hökumətə ordu quruculuğunun gücləndirilməsini tapşırıb Parlament gələn ilin ehtiyac meyarını III oxunuşda qəbul edib Milli Məclis gələn ilin yaşayış minimumunu təsdiqləyib Putin-Bayden görüşünün tarixi açıqlanıb Uber-ın rəqibi Amerika birjasını tərk edəcək Nobel Oil əsaslı rebrendinq elan edir Bu Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb-NƏTİCƏLƏR Yeni İl arzunuzu Moskvada tutun Çin gələn il kömür qiymətlərini artıra bilər Citigroup Çinə qiymətli kağız lisenziyası ilə bağlı müraciət edir Softbank Group-un səhmləri 3% enib Azərbaycan nefti ucuzlaşıb BVF-də sürpriz iş dəyişikliyi PAŞA Sığorta yeni “Yaxın Qonşu” könüllü əmlak sığortası məhsulunu təqdim edir Ələt Azad İqtisadi Zonasına xüsusi Aİ Biznes Missiyası təşkil edilib Mask Teslanın 1 milyard dollarlıq səhmini satır Cardano kriptovalyutası 11% bahalaşıb Rabitəbank şəhid ailəsinə dəstək oldu Qızıl BAHALAŞDI Neft yenidən BAHALAŞDI Qətər-Exxon -na verilən icazə ilə bağlı AÇIQLAMA ABŞ hökuməti böhranı həll edib Belarusdan Aİ-nin sanksiyalarına – Reaksiya Merkel vəzifəsi ilə belə vidalaşdı – Video Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Azərbaycan neft hasilatını yenə artıracaq- OPEC+-un qərarı Türkiyə Mərkəzi Bankının ümumi ehtiyatları azalıb “Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi Azərbaycan Britaniyanın bu şirkətinə “Vejnəli” yatağının istismarına icazə verib Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Rəşad Nəbiyev: Rəqəmsal transformasiya Azərbaycan höküməti üçün bir məqsəd deyil,vasitədir “Ekspress-C” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib Azərbaycan şirkəti kapital bazarı vasitəsilə böyüyəcək Azərbaycan Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə kodları yeniləyir Hindistanın Jet Airways şirkəti bu şirkətlə 12 mld dollarlıq sifariş üçün danışıqlar aparır Maliyyə Nazirliyi və Embafinance istiqrazları üzrə investorlara 53 mln manat ödənilib Wildberries Türkiyə bazarına daxil olub Bloomberg: Apple iPhone 13-ə tələbat azalıb “AzFinance” ən çox əməliyyat həyata keçirən 2-ci investisiya şirkəti olub-RENKİNQ Nazir tələbə təhsil kreditlərinin verilməsindəki problemlərdən danışıb Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb “SOCAR Petroleum”un baş direktoru dəyişib Azərbaycan enerji ötürücü və paylayıcı sistemlərində itkiləri azaldacaq Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı Azərbaycanda ən çox dövriyyəsi olan investisiya şirkəti hansıdır-RENKİNQ Dərnəgüldəki tikinti materialları bazarında ciddi qanun pozuntuları aşkarlanıb Elektron imza üzrə yeni məhsul bank nümayəndələrinə təqdim edilib Aİ-dən Türkiyədəki qaçqınlar üçün 325 milyon avro dəstək Alibaba səhmləri rekord həddə UCUZLAŞDI Azərbaycan banklarının aldığı dolların məbləği AZALDI Neft Fondu satdığı valyutanın məbləğini AÇIQLAYIB İntiqam Səfərəliyev: İki bankın qiymətli kağızının üzərində işləyirik Gələn ilin bayram günləri açıqlanıb 3-cü dozanı vurduranlar üçün 4-cü məcburidir? “Bakı Fond Birjası”nın rəhbəri: “Çin yuanında olan istiqrazları kim alar?” Bakı Fond Birjasında ticarətin həcmi 24 % artıb İnvestisiya şirkətlərinin dövriyyələri açıqlanıb Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan müraciətlərin sayı açıqlanıb “Ekspress-C” ASC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib Xocəsən qəsəbəsində metronun tikintisi nə yerdədir? – RƏSMİ Dünya Bankı Əfqanıstana 280 milyon dollar dondurulmuş yardımdan istifadə edəcək Bank of Baku-dan YENİ İL KAMPANİYASI: FAİZLƏR ENDİ, AYLIQ ÖDƏNİŞLƏR AZALDI Azərbaycan nefti BAHALAŞIB OPEC+-dan neftə tələbatla bağlı YENİ PROQNOZ FED rəhbərindən yükək inflyasiya açıqlaması ABŞ rəsmisindən yeni kriptovalyuta xəbərdarlığı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb Neft bahalaşıb Türkiyənin xəzinə və maliyyə naziri vəzifəsinə yeni təyinat Dünyanın ən bahalı və ən ucuz şəhərləri – Siyahı Rusiyada inflyasiya artıb Petkim Star neft emalı zavodunun 18%-ini SOCAR-dan almağı planlaşdırır Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Prezidentdən mikro və kiçik sahibkarlara dəstəklə bağlı – Fərman Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edildi Anar Məmmədov:STAR Neft emalı zavodunda bu gün 28 növ xam neftin testini eləmişik Azərbaycanda bank sektorunun kredit qoyuluşları 11,5% ARTIB Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB Uludağda Yeni İl MACƏRASI Gömrük Komitəsi büdcə öhdəliyinə 111,19% əməl edib-SƏDRDƏN AÇIQLAMA 12 səhmdar cəmiyyətin dövlətə məxsus səhmləri satışa çıxarılır “Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir Gəncədə LED lampaları fabriki açılacaq-DEKABRDA Gəncədə soyuducu zavodu açılacaq Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib TuranBank-dan “İlin fürsəti” nağd kredit kampaniyası DİM-də dekabrın 4-də SAT imtahanı keçiriləcək Belçikada təqaüd proqramına sənəd qəbulu davam edir FBI Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir ETSN: Yaxın saatlarda hava şəraiti dəyişəcək Səudiyyə Ərəbistanı bu ölkənin Mərkəzi Bankına 3 milyard dollar yerləşdirəcək “İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olub “SpaceX” müflis ola bilər “Omikron” artıq 20 ölkəyə yayılıb Laçının işğaldan azad edilməsindən bir il ötür Yen bahalaşıb, Avstraliya dolları dəyər itib Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb İlon Mask yeni Tesla məhsulunu – “kiber fit”i təqdim etdi Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb Avropa Enerji Birliyinin rəhbəri Serbiya üçün qazın qiymətini inanılmaz adlandırır AccessBank Qarabağın dirçəlişinə dəstək olur Bu gün OPEC+ ölkələrinin nazirlərinin toplantısı keçiriləcək Azərbaycan nefti UCUZLAŞIB OPEC-in iclası ərəfəsində neft 2%-dən çox bahalaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb ABŞ birjalarında eniş Ərdoğan: Biz faiz dərəcəsini aşağı salırıq, inflyasiyanın azaldığını görəcəyik ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb Azərbaycanın sığorta bazarı 12% böyüyüb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib – FOTO Gömrük ödənişlərindən yayınan şəxslərin sayı AÇIQLANIB Nubank IPO-nun dəyərini 40 milyard dollardan çox azaldıb “Azərtütün”-lə bağlı investisiya müsabiqəsinin qalibi bu şirkət oldu-8 mln 200 min manatlıq köçürmə Helikopter qəzasında həlak olanların SİYAHISI Goldman Sachs Türkiyənin 2021-ci il üçün artım proqnozunu yüksəldir Azərbaycanda bu şirkət investorlardan 4 milyon manat cəlb etmək niyyətindədir “Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur – RƏSMİ Rusiya Mərkəzi Bankının faiz artımına dair göstərişi “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi Kristal Abşeron işçi axtarır Mobil bankinq təhlükələri kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir? Onlayn biznes krediti zirvədədir Zaur Qəhrəmanov: Azərbaycan Avropaya 7 milyard kubmetr qaz ixrac edib Nazir sosial ödənişlərdə olacaq artımdan danışdı Azərbaycan Türkiyə sığorta bazarına inteqrasiya edir “Yelo Bank”-ın rəhbəri: Bizim bankda rəsmi dollar alışında ciddi fərq yoxdur İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb “Nar” milli internet resurslarına dəstək olur Gəlirliliyi 12,5% olan istiqrazlar satılacaq – anderrayter “AzFinance İnvestisiya Şirkəti”-dir Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib Dubay hökuməti Emirates-in IPO-sunu nəzərdən keçirir – aviaşirkətin prezidenti Vüqar Bayramov: Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır Yeni İl Bakurianidə – 198 dollardan başlayan qiymətlərlə AccessBank işçilər axtrır COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb Azərbaycan bankları bu gün 140 milyondan çox dollar aldı Azexport.az portalına 398,7 milyonluq ixrac sifariş Zaur Qəhrəmanov: İnvestisiyaların ümumi dəyərinin 19,5 mlrd. dollara çatacağı gözlənilir BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI Ən çox bu 5 ölkədən ixrac sifarişi daxil olub “Azərkosmos”-dan 39 milyon dollarlıq xidmət ixracı Azərbaycanda ən çox mal ixrac edən özəl şirkətlər-TOP 10 Azərbaycan qeyri-neft sektoruna aid hansı məhsulu daha çox ixrac edib? Zamanınızı dəyərləndirin Əcnəbilərin Azərbaycanda bank kartı ilə xərcləmələri 5 dəfə artıb Azərbaycanın qeyri-neft ixracı 42% ARTIB Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda nə qədər elektrik enerjisi istehsal edilib? Povel: Omicron iqtisadi risklərin və inflyasiya qeyri-müəyyənliyi artıracaq PASHA Life işçi axtarır Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Ziya Əliyev: “Bir bankın öz öhdəliyini yerinə yetirməməsi yoluxucu digər banklara təsir edir” Kəlbəcərin Qılınclı kəndinin görüntüləri – VİDEO Mərkəzi Bank rəsmisi: Əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Avropa fond bazaralarında indekslər YÜKSƏLİB Neft BAHALAŞDI Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır? Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Bu sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib-Mikayıl Cabbarovdan AÇIQLAMA “Həmin bankların özləri də bilirlər ki, kibertəhlükəsizliklə bağlı ciddi problemləri var” İndi al sonra ödə Enerji böhranı Qazprom-un xeyrinə olub-REKORD GƏLİR Zakir Nuriyevdən“Rabitəbank”-ın investisiya şirkəti ilə bağlı AÇIQLAMA İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib Azərbaycanda bu proqram təminatının milli adlı blud versiyası hazırlanır Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Renault qeyri-adi 4 modelini hazırlayıb Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq” Azərbaycanda dərmanlar ucuzlaşa bilər Tural Məmmədov: Problem bankların sistemlərində deyil.. Hesablama Palatası Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edib SOCAR: “Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək – VİDEO Ağdam Sənaye Parkında nə qədər ərazi minalardan təmizlənib ASAN Xidmət tender elan edir Temperatur 5-7 dərəcə aşağı enəcək – ƏHALİYƏ XƏBƏRDARLIQ Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Maşın bazarında SON VƏZİYYƏT Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi

“Meqa Həyat” sığorta şirkətinin rəsmisi: “Sağlam rəqabət biznesin inkişafına təkan verən əsas amillərdən biridir” – MÜSAHİBƏ

Azərbaycan sığorta bazarına yeni daxil olan “Meqa Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin sığorta məsələləri üzrə müavini Emil Ağamaliyev Fins.az-a müsahibə verib.

E.Ağamaliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin məzunudur. Böyük Britaniya Sığorta İnstitutunda (The Chartered Insurance Institute – CII) sığorta və risklərin idarə edilməsi üzrə təhsilini davam etdirir. 10 ildən artıqdır ki, sığorta sahəsində çalışır. Əsas ixtisaslaşması aktuarlıq, risklərin qiymətləndirilməsi və proqramlaşdırma üzrə olub. Bundan öncə “Meqa Sığorta” şirkətində məsul aktuari kimi fəaliyyət göstərib.

“Meqa Həyat” adı ilə sığorta bazarına qədəm qoymusunuz. Müştərilərə hansı yenilikləri vəd edirsiniz?

“Meqa Həyat” Sığorta Şirkəti Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkətidir. Həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən lisenziya bizə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 19.02.2021-ci il tarixində verilmişdir.

Yeni yaranmağımıza baxmayaraq bugün biz hazırda sığorta bazarında mövcud olan bütün həyat sığortası məhsulları ilə müştərilərin xidmətindəyik.

“Meqa Həyat Sığorta” bu ilin mart ayından İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilib və qısa olaraq “İşçilərin icbari həyat sığortası” dediyimiz “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi əldə edib.

Bu sığorta növü işçilərin əmək münasibətləri ilə əlaqədar olaraq aldığı xəsarətlər nəticəsində onların maddi təminat altında olması baxımından mühüm əhəmiyyətə malikdir. Son dövrdə Azərbaycan Respublikası Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun səyləri nəticəsində bu növ üzrə elektron sistem daha da optimallaşdırılıb və inanırıq ki, atılan məqsədyönlü addımlar nəticəsində “İşçilərin icbari həyat sığortası” üzrə sığorta penetrasiyası daha da artacaq.

Müştərilərimizə təklif etdiyimiz digər əsas həyat sığorta növlərindən biri də yüksək investisiya faizli yığım sığortasıdır. Bu sığorta növü üzrə müştərilər istəklərinə uyğun formada sığorta haqlarını yığım sığortasına ayırmaqla sığorta müddəti ərzində ölüm halından və müddətin sonunadək yaşam halından sığortalana bilərlər. Ən əsası isə müştərilərimiz aldıqları əmək haqqının müəyyən bir hissəsini bu sığorta növünə yönləndirməklə qanunvericilikdə nəzərdə tutulmuş vergi və pensiya haqları üzrə güzəştlərdən faydalanmaqla həm əlavə gəlir əldə edə, həm də həyatlarını sığortalaya bilərlər.

Əlavə olaraq bildirim ki, “Meqa Həyat” Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılarından biridir. İpoteka  krediti ilə mənzil alan şəxslər ipoteka həyat sığortası növü üzrə təqdim etdiyimiz xidmətlərdən də rahatlıqla faydalana və həyatlarını sığortalaya bilərlər. Biz həmçinin fiziki şəxslərə təqdim edilən digər kredit müqavilələri üzrə borcalanların həyatının ölüm halından, eləcə də əmək qabiliyyətinin itirilməsi hallarından sığortası növü üzrə də xidmət göstəririk.

Biz müştərilərimizə daha əlçatan xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə hazırda yeni sığorta məhsulları, investisiya imkanları və onlayn həllər üzərində çalışırıq. Daima yenilənməkdə olan www.megalife.az rəsmi internet səhifəmiz artıq müştərilərin istifadəsindədir və istənilən şəxs veb-səhifəmiz vasitəsi ilə təqdim etdiyimiz sığorta məhsulları barədə ətraflı məlumat əldə etməklə sığortalanmaq üçün onlayn müraciət edə bilər. Hazırda biz müştərilərimiz üçün elektron şəxsi kabinet platformasının üzərində çalışırıq və yaxın zamanlarda bu xidmətimiz də vətəndaşlarımızın istifadəsinə veriləcək.

Həyat sığortası sahəsində tədricən rəqabət artır. Sizin rəqiblərinizdən hansı fərqləriniz olacaq? Bu rəqabətə hazırsınız?

Sağlam rəqabət biznesin inkişafına təkan verən əsas amillərdən biridir. Fikrimcə həyat sığortası üzrə sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətlərinin sayının 5-ə çatması Azərbaycanda həyat sığortasının inkişafı baxımından mühüm addımdır. Bu, sığorta bazarında rəqabətin artmasına və birbaşa olaraq sığorta sektorunun da inkişafına gətirib çıxarır. Bizim də yeni həyat sığorta şirkəti olaraq qarşımızda duran əsas məqsəd həyat sığortasının daha da inkişaf etdirilməsi,  vətəndaşların həyat sığortası barədə daha da maarifləndirilməsi və əhalinin keyfiyyətli sığorta xidmətləri ilə təmin olunmasıdır.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bizim əsas hədəflərimizdən biri təqdim etdiyimiz sığorta xidmətlərinin maksimum avtomatlaşdırılması, müştərilərin sığorta əməliyyatlarını rahat formada onlayn vasitələrlə həll etməsi imkanlarını yaratmaqdır.

Rəqabətə hər zaman hazırıq. Bizim məqsədimiz həyat sığortası üzrə göstərdiyimiz xidmətləri peşəkarlıqla və keyfiyyətlə icra etməklə müştərilərimizin məmnunluğunu təmin etmək, tərəfdaşlarımızın etimadını doğrultmaq və Azərbaycanda sığorta mədəniyyətinin inkişafına töhvə verməkdir. İnanırıq ki, qarşıya qoyduğumuz bütün məqsədlərə çatacağıq.

Sığorta şirkəti olaraq müəyyən təcrübəniz var. Fəaliyyətinizi həyat sığortası üzrə də genişləndirməyiniz hansı zərurətdən doğdu?

Bildiyiniz kimi “Meqa Həyat” Sığorta şirkətinin səhmdarı 100% payla “Meqa Sığorta” şirkətidir. “Meqa Sığorta” artıq 10 ildən artıqdır ki, qeyri-həyat sığorta bazarında fəaliyyət göstərir və bazarın əsas sığorta şirkətlərindən biridir. Həyat sığortası üzrə bazarın analizi, eləcə də statistik göstəricilər bunu deməyə əsas verir ki,  bu sahə sürətlə inkişaf edir və həyat sığortası xidmətlərinin geniş prespektivləri mövcuddur. Həyat sığorta sektorunun yığılan sığorta haqlarına nəzər salsaq görərik ki, 5 il əvvəl həyat sığortası üzrə yığımlar ümumi sığorta bazarının təxminən 30%-ni təşkil edirdisə, 2020-ci ildə həyat sığorta şirkətlərinin ümumi yığımlarda payı 42%-ə yüksəlmişdir. Bu artımın isə əsas səbəbi həm dövlətimiz tərəfindən həyat sığortasının inkişafı baxımından təşviqedici addımların atılması, həmçinin iqtisadiyyatımız inkişaf etdikcə insanların  həyat sığortalarına  olan maraqlarının da artması olmuşdur. Bu baxımdan yeni həyat sığorta şirkətlərinin sığorta bazarına daxil olmaları təbiidir. 

Reklam, təbliğat, maarifləndirmə sahəsində işinizi necə qurmağı planlayırsınız?

Hazırda ölkədə sığorta savadlılığının artırılması istiqamətində Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Asossasiyası və İcbari Sığorta Bürosu tərəfindən geniş miqyaslı maarifləndirmə işləri aparılır və bu işlərin nəticəsi olaraq həm əhalidə sığorta biznesi haqqında məlumatlılıq artır, həm də ümumi olaraq sektor bu təbliğat işlərindən faydalanmış olur.

“Meqa Həyat” Sığorta Şirkəti olaraq biz də öz növbəmizdə istər ümumi sığorta sahəsi üzrə marifləndirmə olsun, istərsə də müəyyən sığorta məhsulları haqqında təbliğat işlərini mütəmadi olaraq həyata keçiririk. İndiki dövrdə reklam aksiyalarımızın əsasən daha effektiv olduğunu düşündüyümüz sosial şəbəkələrdə, müxtəlif saytlarda, həmçinin ənənəvi olaraq radio, televizya və sair üsullarla edilməsini planlaşdırırıq. Gənc nəsildə sığorta bərədə məlumatlılığın artırılması məqsədi ilə müxtəlif universitet tələbələri üçün təlim və seminarların təşkil olunmasını, müxtəlif korporativ tədbirlərdə sığorta məhsulları barədə təqdimatların keçirilməsini, eləcə də mətbuatla daha yaxından işləməyi özümüzə məqsəd qoymuşuq.

Biz həmçinin daxili kadr potensialımızın da daimi inkişafına önəm veririk. Əməkdaşlarımızın təlimi, onların peşəkar kadr kimi inkişaf etməsi şirkətimizin daxili inkişaf strategiyasının vacib bir hissəsidir. Bu məqsədlə biz dünyanın 70-dən çox ölkəsində həyat sığortası üzrə təlim və inkişaf proqramları təklif edən Amerikanın Life Office Management Association (LOMA) təşkilatı ilə əməkdaşlığa başlamışıq. LOMA ilə partnyorluq nəticəsində əməkdaşların həyat sığortası, təkrarsığorta, risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və idarəetmə sahəsində bilik və bacarıqlarının daha da artırılması, “Certificate in Underwriting”, “Associate Reinsurance Administration”, “Fellow Life Management Institute”, “Associate Customer Service” və digər təlim və sertifikasiya proqramlarına cəlb olunması planlaşdırılır.

Bu ilin avqust ayında şirkətimiz Amerika Anderrayterlər İnstitutunun Azərbaycandakı imtahan mərkəzi kimi təsdiq edilmişdir. İnstitut “The Institutes” – Risk & Insurance Knowledge Group brend adı ilə fəaliyyət göstərir və 100 ildən artıqdır ki, sığorta və risklərin idarə edilməsi üzrə təhsil və sertifikasiya proqramları təklif edir.

Həmçinin qeyd etmək istərdim ki, əməkdaşlarımızın dünyanın ən nüfuzlu sığorta institutlarından biri hesab edilən Böyük Britaniya Sığorta İnstitutunda (Chartered Insurance Institute – CII) sığorta təhsili alması, eləcə də CII-ın sertifikat və diplomlarının əldə edilməsi şirkətimizin kadr siyasətinin əsas prioritetlərindən biridir.

Dünyada və ölkəmizdə bu gün də davam edən COVID-19 pandemiyası həyat sığortası bazarına hansı şəkildə təsir etdi?  Həyat sığortası bazarı bu vəziyyətdə əks-təsir reaksiyası göstərə bildimi?

Düşünürəm ki, COVİD 19 pandemiyası bütün sferalarda olduğu kimi sığorta şirkətlərinə də öz mənfi təsirlərini göstərdi. 2020-ci ildə həyatın ölüm halından sığorta sinifi üzrə həyat sığorta şirkətləri  ümümilikdə 5 mln manata yaxın sığorta ödənişi etmişdir və bu ödənişlərin tərkibində digər risklərlə yanaşı pandemiya nəticəsində baş verən hadisələr də mövcuddur. 2018-2019-ci illərdə isə bu göstərici müvafiq olaraq  1 mln 600 min və 1 mln 250 min manat təşkil edirdi.

Pandemiyanın sığorta biznesinə mənfi təsirlərinin azaldılması məqsədi ilə sığorta şirkətləri adekvat addımlar atdı – bir çox şirkətlərdə proseslərin avtomatlaşdırılması ön plana çıxdı, proqram təminatları daha da təkmilləşdi, məsafədən iş praktikası tətbiq olunmağa başladı, bəzi sığorta şirkətlərində yeni sığorta məhsulları yarandı, həmçinin risklərdən daha etibarlı şəkildə qorunmaq üçün təkrarsığorta strategiyaları yenidən nəzərdən keçirildi.

Təkrarsığorta ilə bağlı qeyd etmək istərdim ki, “Meqa Həyat Sığorta” şirkəti həyat sığortası risklərinin təkrarsığortası üzrə Amerikanın “General Reinsurance Corporation” (GenRe) şirkəti ilə əməkdaşlıq edir. Şirkətlərimiz arasında bağlanmış obliqator təkrarsığorta müqaviləsinə əsasən “Meqa Həyat Sığorta” ASC tərəfindən sığortalanmış risklərin bir hissəsi avtomatik olaraq GenRe təkrarsığorta şirkətinə ötürülür.  Obliqator təkrarsığorta müqaviləsi pandemiya kimi kütləvi sığorta ödənişləri tələb edən hadisələr zamanı şirkətimizin maliyyə sabitliyinin qorunmasında və müştərilərimiz qarşısında öhdəliklərimizin tam olaraq yerinə yetirilməsində mühüm rol oynayır.

Tuncay Türbəndəzadə

SHARE THIS STORY

FacebookTelegramTwitter