Fins.az - Türkiyə, beşinci nəsil mobil rabitə (5G) xidmətini 2026-cı ildə istifadəyə verməyi planlaşdırır. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində açıqlama verib.
“2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılması çərçivəsində tender keçirəcəyik və 2026-cı ildə bu şəbəkənin ilk siqnalını alacağıq,” - deyə Prezident Ərdoğan bildirib.
Eyni zamanda, nəqliyyat naziri Əbdülkadir Uraloğlu ölkədə 5G şəbəkələrinin sınaqlarına artıq başlandığını qeyd edib. İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla, 30 təşkilata 5G-dən istifadə üçün icazə verilib.
Hazırda Türkiyədə 87 milyona yaxın mobil rabitə istifadəçisi mövcuddur və onlardan 81 milyonu 4.5G şəbəkəsindən istifadə edir. Bu keçid, ölkədə texnologiyanın inkişafı və rəqəmsal transformasiya istiqamətində mühüm addım olacaq.