Fins.az - 2024-cü ilin dekabr ayında Azərbaycanın mobil cihaz bazarında “Samsung” liderliyini qoruyaraq 30,78% bazar payına sahib olub. Lakin bu göstərici noyabr ayına nisbətən 3,39 faiz bəndi, bir il əvvəlki göstəriciyə nisbətən isə 0,38 faiz bəndi azalıb. Şirkət dekabr ayında bazar payının 10%-ni itirib.
İkinci sırada olan “Xiaomi” dekabrda 25,74% bazar payı ilə yer alıb. Bu, noyabr ayı ilə müqayisədə 2,07 faiz bəndi azalma olsa da, illik müqayisədə 2,4 faiz bəndi artımdır.
“Apple” üçün bazar payı dekabr ayında aylıq 1,33 faiz bəndi, illik isə 2,31 faiz bəndi artaraq 18,14%-ə çatıb.
Dördüncü yerdə olan adları açıqlanmayan digər brendlərin bazar payı dekabrda 13,82% təşkil edib. Bu, noyabr ayına nisbətən 5,02 faiz bəndi artım, illik müqayisədə isə 9,33 faiz bəndi azalmadır.
Beşinci sırada isə 4,85% bazar payı ilə “Honor” qərarlaşıb. Şirkətin payı aylıq müqayisədə 0,26 faiz bəndi azalsa da, illik müqayisədə 3,1 faiz bəndi artım müşahidə olunub.
Bu rəqəmlər mobil cihaz bazarında brendlərin mövqeyindəki dəyişiklikləri və istehlakçı tələblərinin inkişafını göstərir.