MARKETİNQ

03 Yanvar

Türkiyənin zeytun yağı dünyanın ən yaxşısı seçildi

Fins.az - Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda yerləşən "Nova Vera" markası 28 ölkədə keçirilən beynəlxalq zeytun yağı yarışmalarında birincilik qazanaraq "dünyanın ən yaxşı zeytun yağı istehsalçısı" seçilib.

Şirkətin qurucusu Bahar Alan keyfiyyətli və sağlam istehsal prinsipini mənimsədiklərini və bu uğuru davam etdirərək daha geniş auditoriyaya çatmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, "VOO World Ranking" platforması bir çox ölkədən bir çox istehsalçının iştirak etdiyi il ərzində keçirilən 35 müxtəlif zeytun yağı müsabiqəsinin nəticələrinə əsasən ən yaxşı zeytun yağlarını və onların istehsalçılarını müəyyənləşdirir.

"EVOO World Ranking" platforması mükafat qazanan sızma zeytun yağlarını tanıtmaq məqsədi daşıyır və bu platformada ən yüksək səviyyəli məhsullar mükafatlandırılır.

Beləliklə, dünyada hansı sızma zeytun yağlarının ən çox mükafatlandırıldığı, hansının çeşid və növ baxımından ən yaxşı olduğu və dünyanın hansı hissəsindən gəldiyini öyrənə bilərik.