“WhatsApp” kanalları paylaşmağı və yeni kanallar kəşf etməyi asanlaşdıracaq funksiyanı sınaqdan keçirməyə başlayıb.
Fins.az xəbər verir ki, istifadəçilər QR kodunu skan edərək “WhatsApp” kanalına yönləndiriləcək və istədikləri halda kanala qoşula biləcəklər.
Yeni funksiyalarla, “WhatsApp” istifadəçiləri artıq öz kanalları üçün QR kodları yaradıb paylaşa biləcəklər. İstifadəçilər linki kopyalayıb yapışdırmaq əvəzinə, QR kodu göstərməklə kanala qoşulma imkanı əldə edəcəklər.
Qeyd edək ki, bu yenilik hazırda “WhatsApp Android” beta versiyasında sınaqdan keçirilir.
Zemfira Ms
Fins.az