Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edərək Azərbaycanın ixrac bazarlarının genişləndirilməsinə və enerji təhlükəsizliyi layihələrinə xüsusi önəm verdiyini vurğulayıb.
Fins.az, Prezident İlham Əliyevin açıqlamalarına istinadən xəbər verir ki, bu layihələrdən biri Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsidir.
Bu kabel vasitəsilə Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək.
Dövlət başçısının sözlərinə görə, kabelin texniki potensialı iki giqavat olacaq və bu layihə yaşıl enerji nəqlində yalnız başlanğıcdır. Texniki əsaslandırma işlərinin də yaxın zamanlarda tamamlanacağı bildirilib.
Zemfira Ms
Fins.az