Cənubi Koreyalı alimlər cinayətləri proqnozlaşdıra bilən süni intellekt modeli yaratdılar. Cənubi Koreyanın Elektronika və Telekommunikasiya Tədqiqat İnstitutu (ETRI) tərəfindən təqdim olunan model videoyazıları analiz edərək real vaxtda cinayət risklərini qiymətləndirə bilir.
Fins.az xəbər verir ki, sistem əvvəlki videoyazılardan, davranış faktorlardan və statistikadan öyrənir. Bu sistem müəyyən bir şəxsin davranışını ətraflı təhlil edir, bu da cinayətin təkrar baş verməsi riski olan hallarda profilaktika və nəzarət tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirə bilər.