MARKETİNQ

04 Sentyabr

Ən çox istifadə olunan internet brauzerləri AÇIQLANIB

2024-cü ilin avqust ayında ən çox istifadə olunan internet brauzerləri açıqlanıb.

Fins.az StatCounter-ə istinadən xəbər verir ki, Google Chrome bazar payının 64,54%-i ilə liderliyini qoruyub saxlasa da, əvvəlki ayla müqayisədə 0,18% azalma qeydə alınıb.

İkinci yerdə 13,78% bazar payı ilə Microsoft Edge qərarlaşıb. Safari isə 9,4% payla üçüncü yerdədir. Mozilla Firefox 6,65% bazar payı ilə dördüncü, Opera isə 2,43% payla beşinci yerdədir.

Fuad Mədətov
Fins.az