MARKETİNQ

22 Aprel

Sərfəli qiymətə Galaxy S24 Samsung-dan şad xəbər

Samsung-un çox yaxında təqdim etməyə hazırlaşdığı Galaxy S24 FE üçün geri sayım başladı. İndiyə qədər smartfonla bağlı çoxlu xəbərlər olmasa da, bu vəziyyət yavaş-yavaş dəyişməyə başlayır. Çünki son hesabatlar smartfonun əsas xüsusiyyətlərini və potensial satış tarixini ortaya qoyur. 

Fins.az xəbər verir ki, şirkətə yaxınlığı ilə tanınan GalaxyClub, Samsung-un R12 kod adlı yeni telefon üzərində işlədiyini açıqladı. Mənbənin sözlərinə görə, bu cihaz çoxdan gözlənilən Galaxy S24 FE- dir və cüzi gecikmə ilə də olsa, noyabrdan sonra satışa çıxarılacaq. Yadınızdadırsa, onun sələfi Galaxy S23 FE oktyabr ayında nümayiş etdirildi, yəni bir qədər gecikmə olacaq.

Samsung Galaxy S24 FE əvvəlkilərdə olduğu kimi iki fərqli prosessoru olan istifadəçilərə təklif olunacaq: Snapdragon 8 Gen 3 və Exynos 2400. Təbii ki, bunun seçimdən çox regional öhdəlik olduğunu qeyd edək.

Smartfonda 50 meqapiksel əsas, 12 meqapiksellik ultra geniş bucaq və 8 meqapiksellik telefoto obyektivdən ibarət üçlü kamera quraşdırılacaq. Ön tərəfdə, ehtimal ki, 10 meqapiksellik selfi kamerası olacaq.

Məlum olduğu kimi, hazırkı Galaxy S23 FE modelində 8 GB RAM var. Bununla belə, 12 GB variantı da yeni cihazla birlikdə olacaq. Yaddaş tərəfində 128 GB və 256 GB olacaq. Son olaraq qeyd edək ki, Samsung Galaxy S24 FE bu ilin sonuna doğru təqdim olunacaq və 599 dollar qiymət etiketi ilə satışa çıxarılacaq.

Günel Məlikzadə
Fins.az