MARKETİNQ

19 Aprel

"Türk Telekom" nə qədər pul qazanıb?

Türk Telekom Türkiyənin ən böyük telekommunikasiya şirkətlərindən biri olaraq investisiyalarını davam etdirir. Hər il əhəmiyyətli uğurlara imza atan şirkət 2023-cü il üçün maliyyə məlumatlarını paylaşıb. Beləliklə, Türk Telekomun nə qədər sərmayə qoyduğu, əldə etdiyi gəlir və abunəçi sayı bəlli oldu. 

Fins.az xəbər verir ki, Türk Telekomdan verilən açıqlamaya görə, şirkət keçən il sektora ən çox investisiya yatıran şirkət olub. Buna görə də 25,8 milyard dollar investisiya ilə adından söz etdirdi. Şirkətin 2023-cü ildə konsolidə edilmiş gəlirləri 9,6% artaraq 100,2 milyard TL-yə çatıb. Xalis mənfəət 16,4 milyard TL olaraq açıqlanıb.

Ardıcıl 9 rüb mobil nömrə daşınmasında ən çox üstünlük verilən operator olan Türk Telekomun mobil abunəçilərinin sayı 26,2 milyona çatıb. Qeyd edək ki, abunəçilərin ümumi sayı 52,9 milyon nəfərə yüksəlib. Fiber internet üçün intensiv işləyən Türk Telekomun fiber infrastruktur uzunluğu 2023-cü ilin sonuna qədər 437 min kilometrə, Fiber internetdən istifadə edən ev təsərrüfatlarının sayı artaraq 32,2 milyon nəfərə çatıb. 2022-ci ilin sonunda bu rəqəm 31,4 milyon olub.

Yerli elementlərlə 5G-yə keçərək mühüm layihələrə öncülük edən Türk Telekom, Beynəlxalq Məlumat Korporasiyasının (IDC) bazar araşdırması şirkətinin məlumatlarına görə, ardıcıl üç il kibertəhlükəsizlik xidmətləri kateqoriyasında bazar lideri adını qoruyub. ). Bu nöqtədə deyək ki, şirkət 2018-ci ildə 26% olan kibertəhlükəsizlik məhsullarında lokallaşdırma nisbətini 2023-cü ildə təxminən 65 faizə yüksəldib.

Günel Məlikzadə
Fins.az