MARKETİNQ

27 Fevral

ABŞ-ın çip hədəfi

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində iştirak etdiyi tədbirdə ABŞ-ın ticarət naziri Gina Raimondo ABŞ-da çip istehsalını və bu mövzuda elmi araşdırmaları artırmaq üçün nəzərdə tutulan CHIPS və Elm Aktı çərçivəsində baş verənləri qiymətləndirdi.

Fins.az xəbər verir ki, süni zəka ilə birlikdə ən müasir yarımkeçirici çiplərə tələbatın artdığına diqqət çəkən Raimondo, süni intellektin bu nəslin təyinedici texnologiyası olacağını, ən müasir çiplərin istehsalına rəhbərlik edə bilməyənlərin isə süni zəkaya rəhbərlik edə bilməyəcəklərini ifadə etdi.

Raimondo ABŞ-ın çiplərin dizaynına və süni intellektin böyük dilli modellərinin hazırlanmasına öncülük etdiyini, lakin bu texnologiya ilə milli müdafiə üçün lazım olan çipləri istehsal etmədiyini qeyd edib.

Bu çiplərin ABŞ-da istehsal edilməsi lazım olduğunu vurğulayan Raimondo, ölkədə bu mövzuda daha çox Ar-Ge və daha geniş miqyasda istehsala ehtiyac olduğunu bildirdi.

"Biz düşünürük ki, qabaqcıl məntiq çiplərinin istehsalına sərmayələrimiz ölkəni onilliyin sonuna qədər dünyanın qabaqcıl məntiq çiplərinin təxminən 20 faizini istehsal etmək yoluna çıxaracaq" dedi Raimondo. 

CHIPS və Elm Qanunu çərçivəsində verilən dəstəklərdə 2030-cu ilə qədər fəaliyyət göstərəcək layihələri prioritetləşdirməyə qərar verdiklərini ifadə edən Raimondo, bu 10 ildə təsirlərini maksimuma çatdırmaq istədikləri üçün uzunmüddətli layihələrə hələlik "yox" dediklərini qeyd etdi. 

Bundan əlavə, Raimondo Çinin öz çip istehsalını artırmaqda getdikcə daha iddialı rol oynadığını qeyd etdi.

Günel Məlikzadə
Fins.az