MARKETİNQ

19 Fevral

Xiaomi 14 Ultra-nın kamera xüsusiyyətləri

Xiaomi 14  seriyasına əhəmiyyətli bir əlavə olacaq Xiaomi 14 Ultra üçün geri sayım başladı. İndiyə qədər ortaya çıxan məlumatlar sayəsində cihazın necə performans göstərəcəyi ilə bağlı sual işarəsi qalmır, paylaşılan son məlumatlar isə telefonun kamera xüsusiyyətlərini ortaya qoyur. 

Fins.az xəbər verir ki, Xiaomi rəsmi yazısı ilə Xiaomi 14 Ultra-nın 50 Meqapiksellik LYT-900 əsas kamerası ilə gələcəyini təsdiqlədi. Deyə bilərik ki, bu , Xiaomi 13 Ultra modelində Sony IMX989 kamerasını əvəz edən ikinci nəsil bir düymlük Sony kamera sensorudur . Eyni zamanda, smartfonun əsas kamerası f/1.63-dən f/4.0-a qədər dəyişən diyaframı dəstəkləyir.

Telefon f / 1.8 apertura, 75 mm fokus uzunluğu və 3.2x optik zum təklif edən 50 meqapiksellik IMX858 telefoto sensora sahib olacaq. Bundan əlavə, smartfon f/2.5 apertura, 120 mm fokus uzunluğu və 5x optik zum təklif edən 50 meqapiksellik Sony IMX858 periskop sensoruna sahib olacaq.

Cihazda istifadə olunacaq ultra geniş bucaqlı sensorun təfərrüatları hələ açıqlanmayıb. Ancaq keçmiş hesabatları nəzərə alaraq deyə bilərik ki, bu kamera 50 Meqapiksellik təsvir ölçüsünə malikdir.

Smartfonda Qualcomm Snapdragon 8 Gen 3 istifadə olunacaq. Qualcomm yeni prosessoru üçün TSMC ilə əməkdaşlığı davam etdirir. 4 nm texnologiyası ilə istehsal olunan prosessor 1 3,3 GHz ARM Cortex-X4, 3 3,2 GHz ARM Cortex-A720, 2 3,0 GHz ARM Cortex-A720 və 2 2,3 GHz ARM Cortex-A520 nüvələrinə malikdir. Eyni zamanda, şirkət yeni çipində Ray Tracing dəstəyi ilə Adreno 750 qrafik blokunu ehtiva edir.

Xiaomi 14 Ultra- da bir  nöqtəli ultrasəs barmaq izi  sensoru olacaq. İstehsalçının bir müddətdir üzərində çalışdığı bu xüsusiyyətin indiki flaqman modellərdə istifadə edilən optik barmaq izi oxuyucusundan daha həssas, daha sürətli və daha təhlükəsiz olduğu bildirilir. Bundan əlavə, cihazın 5500 mAh batareyaya sahib olacağı gözlənilir. Smartfon Çində fevralın 22-də, qlobal miqyasda isə fevralın 25-də təqdim ediləcək.

Günel Məlikzadə
Fins.az