MARKETİNQ

15 Fevral

Cisco işçilərinin 5 faizini ixtisar edəcək

ABŞ-ın şəbəkə texnologiyaları şirkəti Cisco, yenidən strukturlaşdırma planının bir hissəsi olaraq qlobal işçi qüvvəsini azaldacağını açıqladı.

Fins.az xəbər verir ki, Cisco yanvarın 27-də başa çatan üç aylıq dövr üçün balans hesabatını açıqladı.

Şirkətdən verilən açıqlamada Cisco-nun gəlirinin sözügedən dövrdə illik 6 faiz azalaraq 12,8 milyard dollara çatdığı bildirilib.

Açıqlamada şirkətin xalis mənfəətinin eyni dövrdə 5 faiz azalaraq 2,6 milyard dollar olduğu qeyd edilib.

Açıqlamada Cisco-nun təşkilatın yenidən təşkili və əsas prioritet sahələrə daha çox investisiyanın təmin edilməsi üçün yenidən strukturlaşdırma planını da açıqladığı və bu planın şirkətin qlobal işçi qüvvəsinin təxminən 5 faizinə təsir edəcəyi bildirilib.

Günel Məlikzadə
Fins.az