MARKETİNQ

13 Fevral

Xiaomi-nin sərfəli ağıllı saatı ortaya çıxıb - QİYMƏTİ

Geyinilə bilən texnologiya sahəsində işlərini davam etdirən Xiaomi tərəfində, keçən il təqdim edilən Xiaomi Watch 2 Pro-ya əlavə üçün geri sayım başladı. Məhsulun Pro ilə müqayisədə daha təvazökar xüsusiyyətlərə sahib olacağı və sərfəli olacağı gözlənilsə də, son hesabatlar texniki xüsusiyyətlər və dizayn kimi detalları da ortaya qoyur.

Fins.az xəbər verir ki. Xiaomi-nin yeni ağıllı saatının Watch 2 adlandırılacağı gözlənilir. O, keçən il təqdim edilən Watch 2 Pro ilə eyni dizayn elementlərinə sahib olacaq. Hələlik dəqiq olmasa da, deyə bilərik ki, yeganə fərq sağ tərəfdə tacın olmamasıdır. Təbii ki, texniki xüsusiyyətlər tərəfində işlər bir az dəyişir.

Cihaz 466 x 466 piksel təsvir ölçülü 1,43 düymlük dairəvi AMOLED panelə və daim açıq ekran rejiminə malik olacaq. Panelin şüşə örtüyünə görə ilk baxışda tam görünməyən böyük bir çərçivə ilə əhatə olunduğunu da qeyd etməliyik. Bundan əlavə onu da əlavə edək ki, məhsul 50 metrə qədər suya davamlıdır.

Ağıllı saat  Pro-da da rastlaşdığımız Snapdragon W5+ Gen 1 prosessoru ilə təchiz ediləcək. Bundan əlavə, o, MIUI Watch əsaslı Wear OS interfeysini işlədəcək ki, bu da Google Play Store, Google Maps, Google Wallet və NFC ilə kontaktsız ödəniş kimi funksiyalara çıxışı təmin edəcək.

Tək şarjla 65 saata qədər istifadə imkanı verməsi gözlənilən ağıllı saatın digər xüsusiyyətləri arasında addım sayğacı, yuxu izləmə, SpO2 izləmə və Xiaomi smart saatlarında tez-tez rastlaşdığımız idman rejimləri - 150 idman rejimi olacaq. Nəhayət, məhsul 199-219 avro arasında dəyişən qiymətlərlə satılacaq.

Günel Məlikzadə
Fins.az