MARKETİNQ

31 Yanvar

Süni intellektin Microsoft və Alphabet gəlirlərinə təsiri

Təqvimində 31 dekabr 2023-cü ildə başa çatan 3 aylıq dövrü 2024-cü maliyyə ilinin ikinci rübü kimi qəbul edən Microsoft, balans hesabatını açıqladı.

Fİns.az xəbər verir ki, buna görə şirkətin gəliri 2023-cü ilin oktyabr-dekabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 62 milyard dollara çatıb. Microsoft 2022-ci ilin eyni dövründə 52,7 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti eyni dövrdə 33% artaraq 21,9 milyard dollara çatıb. Ötən ilin oktyabr-dekabr dövründə şirkətin xalis mənfəəti 16,4 milyard dollar olub.

Microsoft-un əvvəlki ilin son üç ayında 2,20 dollar olaraq hesablanan səhm başına xalis mənfəəti keçən il 2,93 dollar olaraq qeyd edildi.

ABŞ-ın texnologiya nəhənginin sözügedən balans dövründə Activision Blizzard-ın alınmasını tamamladığı xatırladılıb.

Günel Məlikzadə
Fins.az