Bir il ərzində səhmləri 68 faizdən çox dəyər qazanan Microsoft-un səhm dəyəri bu gün 1 faizdən çox artaraq 404,78 dollara çatıb. Beləliklə, Microsoft-un bazar dəyəri gün ərzində 3,01 trilyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu bazar dəyəri ilə Microsoft 3,03 trilyon dollarlıq bazar dəyəri olan Apple-dan sonra dünyanın ikinci ən dəyərli şirkəti oldu.
Çərşənbə günü Microsoft-un səhmlərindəki yüksəliş, rəqəmsal yayım platforması Netflix-in dünən maliyyə nəticələrini açıqlamasından sonra texnologiya səhmlərinin artması ilə müşayiət olundu. Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi Nasdaq indeksi bu gün 1 faizdən çox dəyər qazanıb.
İlk dəfə 1986-cı ildə 1 milyard dollarlıq bazar dəyərinə çatan Microsoft, bu ayın əvvəlində qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti olaraq Apple-ı geridə qoydu.
"Microsoft"un səhmlərinin yüksəlməsi, son vaxtlar süni intellekt işlərinə diqqət yetirməsi ilə diqqət çəkib. İnvestorların Microsoft-un süni intellekt sərmayələrinə müsbət reaksiyası nəticəsində şirkətin səhmləri ilin əvvəlindən 7 faizdən çox artıb.
Analitiklər Microsoft-un məhsuldar süni intellektlə bağlı mövqeyinin daha da gücləndiyini və şirkətin yanvarın 30-da açıqlanacaq balansının investorların diqqət mərkəzində olduğunu qeyd ediblər.
Günel Məlikzadə
Fins.az