Netflix 2023-cü ilin son rübü üçün balans hesabatını açıqladı.
Fins.az xəbər verir ki, buna görə şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə 12,5% artaraq 8,83 milyard dollara çatıb. 2022-ci ilin eyni dövründə şirkətin gəliri 7,85 milyard dollar olub.
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 938 milyon dollar olub. Netflix-in 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti 55 milyon dollar olaraq hesablanıb.
Şirkətin səhm başına mənfəəti eyni dövrdə 12 sentdən 2,11 dollara yüksəlib.
Ötən ilin son rübündə Netflix-in abunəçilərinin sayı 13,1 milyon artıb.
Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 12,8 faiz artaraq 260,28 milyon nəfərə çatıb.
Günel Məlikzadə
Fins.az