MARKETİNQ

21 Yanvar

Şişecam süni intellekt texnologiyası ilə karbon emissiyalarını azaldacaq

Şirkətdən verilən açıqlamaya görə, Şişecamın Süni İntellekt və Maşın Öyrənmə Metodları ilə Şüşə Rəng Optimizasiyası Layihəsi (CROP) istehsal zamanı yaranan rəng problemlərini aradan qaldıracaq və istehsalda tullantı nisbətini və bunun nəticəsində yaranan karbon emissiyalarını azaldacaq.

Fins.az xəbər verir ki, Şişecamın Koç Universiteti, TÜBİTAK Süni İntellekt İnstitutu və Analythinx Bilişim Hizmetleri ilə konsorsium ortağı olduğu layihə çərçivəsində rəng fərqlərini minimuma endirmək və şüşə istehsalında mümkün rənglə bağlı problemlərin kök səbəbini müəyyən etmək üçün infrastruktur inkişaf etdiriləcək. 

İlk işlərinə Şişecam Eskişehir Şüşə qablar fabrikində başlanacaq layihə 2 il davam edəcək.

Günel Məlikzadə
Fins.az