MARKETİNQ

19 Yanvar

2 dəqiqədə 100 milyon dollarlıq satış edən telefon!

Smartfon biznesində maraqlı inkişaflar baş verir. Xüsusilə bəzi modellər o qədər diqqəti cəlb edir ki, ilk satışlarında əhəmiyyətli satış uğurları əldə edirlər. Bu yaxınlarda bu məsələ ilə bağlı kritik inkişaf baş verdi. Keçən həftə təqdim edilən Honor Magic 6 dəqiqələr ərzində 100 milyon dollarlıq satış uğuru əldə etdi.

Fins.az xəbər verir ki, yanvarın 11-də təqdim edilən Honor Magic 6 seriyası dünəndən etibarən ümumi satışa çıxarılıb. Smartfonlar satışa çıxarıldığı ilk 2 dəqiqə 35 saniyə ərzində təxminən 100 milyon dollarlıq satış etməyi bacarıb . Çin brendi də öz postu ilə məhsullarının uğurunu qeyd edib.

Qeyd edək ki, sözügedən satış məlumatları Çin bazarına aiddir. Burada qeyd edək ki, telefonlar önümüzdəki aylarda qlobal istifadəçilərə təqdim ediləcək. Magic 6-nın qiyməti 710 dollardan başlayır, 16GB/512GB versiyası isə 790 dollara qədər qalxır. Magic 6 Pro isə 803-944 dollar arasında dəyişir.

Günel Məlikzadə
Fins.az