Sənayedə bazar payını artırmaq üçün səylərini davam etdirən Vivo Y100 GT modeli üzərində işlərin son mərhələsinə qədəm qoydu. Model keçən ilki Y100 ailəsinə güclü əlavə olaraq təqdim edilsə də, son detallar smartfonun texniki detallarını ortaya qoyur.
Fins.az xəbər verir ki, qarşıdan gələn Vivo Y100 GT PD2314 model nömrəsi ilə Google Play Konsolunda peyda oldu. Siyahı telefonun əsas xüsusiyyətlərini açıqlasa da, təqdimat tarixi ilə bağlı heç bir məlumat vermir.
Smartfon 1080 x 2388 piksel təsvir ölçüsü və 480 dpi ekran sıxlığı təklif edən əyri ekrana sahib olacaq. Bundan əlavə, cihaz 12 GB RAM istifadə edir. Bununla belə, burada müxtəlif yaddaş variantlarının mümkünlüyünü nəzərə almaq lazımdır.
Cihazda istifadə ediləcək prosessor MediaTek Dimensity 8200 olacaq. 4 nm arxitektura ilə istehsal edilən çipset; 1x 3.1 GHz ARM Cortex-A78, 3x 3.0 GHz ARM Cortex-A78 və 4x 2.00 GHz ARM Cortex-A55 nüvələrinə əlavə olaraq Mali-G610 MC6 qrafik blokuna sahibdir.
Modelin Android 13 əməliyyat sistemini qutudan çıxararaq işlədəcəyi və daha sonra Android 14 alacağı bildirilir. Hazırda Vivo Y100 GT-nin təqdimat tarixi ilə bağlı təfərrüatlar olmasa da, şirkətə yaxın mənbələrə görə, bu ilin ilk yarısında nümayiş etdiriləcək.
Günel Məlikzadə
Fins.az