MARKETİNQ

11 Yanvar

Amazon yüzlərlə işçisini işdən çıxarır

Amazondan əldə edilən məlumata görə, Prime Video və Amazon MGM Studios-un baş vitse-prezidenti Mike Hopkins işçilərinə göndərdiyi qeyddə şirkətin uzunmüddətli vizyonu istiqamətində atılan addımlardan bəhs edib.

Fins.az xəbər verir ki, sektorun sürətlə inkişaf etməyə davam etdiyinə diqqət çəkən Hopkins uzunmüddətli müvəffəqiyyət üçün investisiyalara üstünlük verilməsinin əhəmiyyətinə diqqət çəkdi.

İnvestisiyaları artırarkən, müəyyən sahələrdə investisiyaları azaltmaq və ya dayandırmaq imkanlarını da müəyyənləşdirdiklərini ifadə edən Hopkins bu qərarlar nəticəsində Prime Video və Amazon MGM Studios təşkilatında yüzlərlə işçinin işinə son veriləcəyini qeyd edib.

Bunun çətin bir qərar olduğunu vurğulayan Hopkins ixtisarlardan təsirlənənlərlə bu gün əlaqə saxlamağa başlayacaqlarını bildirdi.

Hopkins işdən çıxarılanlara müxtəlif xüsusi dəstəklərdən ibarət paketlər təqdim edəcəklərini bildirdi.

Günel Məlikzadə
Fins.az