MARKETİNQ

13 Yanvar

Meta gənclər üçün uyğun olmayan məzmunu məhdudlaşdırır

Meta tərəfindən edilən şərhdə, gənclərin tətbiqlərdə təhlükəsiz və yaşa uyğun təcrübələrə sahib olmalarının istəndiyi ifadə edildi.

Fins.az xəbər verir ki, gənclərə və onların valideynlərinə dəstək olmaq üçün 30-dan çox alət və resurs hazırlanıb, qaydaları pozan və ya həssas sayıla bilən məzmun üçün siyasət və texnologiyalar üzərində 10 ildən artıq iş aparılıb. Gənclərin Instagram və Facebook-da gördükləri məzmun növlərinə diqqət yetirməklə əlavə qorunmaların tətbiq edildiyini.

Bəyanatda vurğulanır ki, platformaların gənclər üçün təhlükəsiz və yaşa uyğun olmasına kömək etmək üçün yeniyetmələrin inkişafı, psixologiyası və psixi sağlamlığı üzrə mütəxəssislər mütəmadi olaraq məsləhətləşmələr aparılır.

Açıqlamada bildirilib ki, istifadəçilər “özlərinə zərər vurma” və ya “yemək pozğunluğu” ilə mübarizə aparan məzmunlar dərc etdikdə müvafiq ekspert təşkilatlarının resurslarına yönəldilməyə davam edəcəklər. Belə məzmunun tapılmasının çətinləşdiyi, istifadəçilərin müvafiq terminləri axtardığı zaman ortaya çıxan nəticələrin gizlədilməyə başladığı bildirilir.

Açıqlamada bu dəyişikliklərin 18 yaşından kiçik gənclərə təklif olunmağa başladığı və yaxın aylarda Instagram və Facebook-da tam qüvvədə olacağı bildirilib.

Günel Məlikzadə
Fins.az