Çin Aerokosmik Elm və Texnologiya Şirkətindən (CASC) verilən açıqlamaya görə, "Einstein" adlı peyk Long March-2C daşıyıcı raketi ilə Sıçuan əyalətindəki Xicang Peyk Mərkəzindən orbitə buraxılıb.
Fins.az xəbər verir ki, Çin və Fransanın ortaqlığı ilə hazırlanan "Dəyişən Kosmos Obyektlərini İzləmə Vasitəsi" (SVOM) olaraq da adlandırılan peyk 12 ləçək və 2 tumurcuqdan ibarət lotus çiçəyini xatırladan dizayna malikdir.
Ləçəklərin geniş sahəli rentgen teleskoplarından (WXT), çubuqlarının isə rentgen şüalarını izləmə teleskoplarından (FXT) ibarət olduğu dizayn peykə tam hüquqlu rəsədxana funksiyasını verir.
Günel Məlikzadə
Fins.az