Son aylarda Qəzzada baş verən hadisələr Twitter (X) kimi bir çox sosial media platformasına təsir edib. HƏMAS hesabı bağlandıqdan sonra bir çox istifadəçi İlon Maska suallar verib. Mask bu vəziyyətin “BMT-nin istisna qaydası”na uyğun həyata keçirildiyini bildirib.
Fins.az xəbər verir ki, sosial media nəhəngi X bu gün Fələstinin Həmas qruplaşması ilə əlaqəli hesabı dayandırıb. X CEO İlon Mask hesabın şirkətin siyasətlərini pozduğunu söylədi. Keçmişdə İsrailə qarşı müqavimətə çağıran Həmas-ın “əsl dövlət olmadığı ” üçün bağlandığı bildirilir.
Mask mövzu ilə bağlı verdiyi açıqlamada “Bu çətin bir qərar idi. ABŞ da daxil olmaqla bir çox hökumət liderləri insanları öldürməyə çağırsalar da, bizdə " BMT-nin istisna qaydası " var. Əgər hökumət BMT tərəfindən tanınsa, biz onun hesablarını dayandırmayacağıq. “HƏMAS BMT tərəfindən hökumət kimi tanınmadığı üçün fəaliyyəti dayandırılıb.
Günel Məlikzadə
Fins.az