MARKETİNQ

13 Yanvar

Qcells Microsoft-u günəş panelləri ilə təmin edəcək

Qcells-dən verilən açıqlamada Microsoft ilə 8 illik strateji əməkdaşlığın şirkətin bu sahədəki ən böyük razılaşması olduğu bildirilib.

Fins.az xəbər verir ki, müqavilə çərçivəsində Microsoft-a 8 il müddətində 12 GW günəş modulu və mühəndislik təchizatı və tikinti xidmətlərinin göstəriləcəyi bildirilib ki, bu da hər il 1,8 milyondan çox evi enerji ilə təmin etməyə bərabərdir.

Açıqlamada, Qcells-in davamlı şəkildə günəş modulları istehsal etməyə və təhlükəsiz ABŞ günəş enerjisi tədarük zənciri yaratmağa çalışdığına və Microsoft-un "karbon mənfi, su müsbət və sıfır tullantı" kimi davamlılıq məqsədlərinə çatmaq üçün bərpa olunan enerji və digər texnologiyalardan da istifadə etdiyinə diqqət çəkdi. Sərmayə səylərini davam etdirdiyi vurğulandı.

Bəyanatda bu hədəflə iki şirkətin 2032-ci ilə qədər hər il təxminən 1,5 GW günəş panelləri tədarükü üçün əməkdaşlıq edəcəyi və günəş modullarının Qcells-in ABŞ-ın Corciya şəhərindəki fabrikində istehsal ediləcəyi ifadə edildi ki, bu da 2,5 milyard dollar dəyərindədir. 

Bəyanatda ifadələri yer alan QCells Baş İcraçı Direktoru (CEO) Castin Li, bərpa olunan enerji həllərinə qlobal keçidi sürətləndirəcək mühüm öhdəliyin bir hissəsi olmaqdan xoşbəxt olduqlarını bildirdi.

Microsoft-un Enerji üzrə vitse-prezidenti Bobbi Hollis də bildirib ki, saziş təmiz enerji iqtisadiyyatının inkişafı üçün zəruri olan günəş modullarının genişmiqyaslı yerli istehsalını təşviq etmək üçün nəzərdə tutulub.

Günel Məlikzadə
Fins.az