MARKETİNQ

08 Yanvar

Samsung dünyanın ilk şəffaf MicroLED ekranını təqdim edib

Samsung Display CES 2024 sərgisində dünyanın ilk şəffaf MicroLED ekran texnologiyasını nümayiş etdirdi. 

Fins.az xəbər verir ki, Consumer Electronics Show və ya qısaca CES bu il də öz qapılarını texnologiya həvəskarlarının üzünə açır. Sərgidə dünyaca məşhur brendlər ən yeni məhsul və texnologiyalarını nümayiş etdirərkən, Cənubi Koreyalı Samsung sərgiyə sürətli start verdi və dünyanın ilk şəffaf MicroLED ekranını təqdim etdi.

Samsung-un displey biznes bölməsi olan Samsung Display, CES 2024 çərçivəsində ən yeni məhsul və texnologiyalarını nümayiş etdirməyə başladı. Buradakı ən diqqətçəkən təqdimatlardan biri dünyanın ilk şəffaf MicroLED displey texnologiyası idi.

Şirkətin təqdimatında üç fərqli dizayn görünür. Qeyd etməliyik ki, bu dizaynlardan ikisi arxadakı obyektlərə göz yummağı asanlaşdıran rəngli şüşədən istifadə edərkən, digəri adi şüşə kimi şəffaf və çərçivəsizdir.

Brendin iddiasına görə, şəffaf MicroLED displeylər şəffaf OLED panelləri ilə müqayisədə daha yüksək parlaqlığa malikdir və ətrafdakı işıqdan daha az təsirlənir. Bu, daha yüksək keyfiyyətli və daha kəskin şəkillər üçün mühit təmin edir.

Hələlik sözügedən ekran texnologiyası ilə bağlı verilən təfərrüatlar bunlarla məhdudlaşır. Bundan əlavə, şirkət texnologiyanın məhsulda nə vaxt istifadə ediləcəyi və nə qədər başa gələcəyi kimi detalları hələ paylaşmayıb. Bundan əlavə, Samsung-un hazırkı qeyri- şəffaf MicroLED televizorlarının qiymətlərinə nəzər saldıqda deyə bilərik ki, bu tam şəffaf panelli televizorların qiymətləri yuxarı səviyyədə müəyyənləşəcək.

Günel Məlikzadə
Fins.az