MARKETİNQ

08 Yanvar

ABŞ-da iPhone sahiblərinə təzminat ödənilməyə başlanıb

Apple, iPhone-ları bilərəkdən yavaşlatdığı səbəbiylə ABŞ-da açılan qrup davasında təzminat cəzasına məhkum edildi. Yanvar ayından etibarən şirkət zərər çəkmiş müştərilərinə ödənişlər etməyə başlayıb.

Fins.az xəbər verir ki, iki istifadəçi sosial media hesablarında Apple-dan hər sorğu üçün 92,17 dollar ödəniş aldıqlarını paylaşdılar.

İddia 2017-ci ilin dekabrında, Apple-ın cihazların gözlənilmədən bağlanmasının qarşısını almaq üçün lazım gəldikdə "kimyəvi köhnəlmiş" batareyaları olan bəzi iPhone modellərinin maksimum performansını azaldacağını elan etdikdən qısa müddət sonra açılıb.

Apple bu enerji idarəetmə sistemini iOS 10.2.1 ilə buraxsa da, bunu şəffaf şəkildə izah etmədiyi üçün "fırıldaqçılıq"da ittiham edilib. Daha sonra istifadəçilərindən üzr istədi və hətta 2018-ci ildə iPhone batareyasının dəyişdirilməsi qiymətini müvəqqəti olaraq 29 dollara qədər təyin etdi.

Sinif iddiasına məruz qalan cihazlara 21 dekabr 2017-ci ilə qədər iOS 10.2.1 və ya iOS 11.2 ilə işləyən iPhone 6, 6 Plus, 6s, 6s Plus, 7 və ya 7 Plus modelləri daxildir. Bu modellərdən birini istifadə edən və 2020-ci ilin oktyabrına qədər Apple-dan təzminat tələb edən müştərilər ödənişlərini ala biləcəklər.

Apple-ın planlaşdırılan köhnəlməsi iOS 10 əməliyyat sistemi ilə ortaya çıxdı. 2017-ci ildə buraxılan iOS 10.2.1 batareyaları köhnəlmiş iPhone-ların prosessorunun işini müəyyən səviyyəyə endirdi. Bunun səbəbi köhnə batareyalara görə telefonların gözlənilmədən bağlanmasının qarşısını almaq olub.

Günel Məlikzadə
Fins.az