MARKETİNQ

17 Dekabr

Airbnb İtaliya ilə vergi mübahisəsini həll etmək üçün 576 milyon avro ödəyəcək

İtaliyanın ANSA agentliyinin xəbərində Airbnb şirkətinin 2017-2021-ci illəri əhatə edən vergi mübahisəsini həll etmək üçün İtaliya Gəlirlər İdarəsi Agentliyinə 576 milyon avro ödəməyə razı olduğu bildirilib.

Fins.az xəbər verir ki, sözügedən məbləğin İtaliyada qısa müddətli kirayələr üçün “sedolare” vergisi kimi tanınan əvəzetmə vergisinin 2017-2021-ci illər ərzində alınmamasına cavab olduğu bildirilib.

576 milyon avro məbləğində; 353 milyonun ödənilməmiş vergi bəndi, 174 milyonunun pozuntulardan yaranan cərimə, 49 milyonunun faiz olduğu bildirildi və Airbnb-nin 2022-2023-cü illər üçün İtaliya səlahiyyətliləri ilə konstruktiv danışıqlarını davam etdirdiyi bildirilib.

İtaliyada noyabrda vergidən yayınmada şübhəli bilinən “Airbnb” şirkətinə qarşı aparılan istintaq çərçivəsində məhkəmə qərarı ilə İtaliya Maliyyə Polisi platformanın 3 keçmiş əməkdaşına məxsus 779 milyon avrodan çox pulu müsadirə edib.

Günel Məlikzadə
Fins.az