MARKETİNQ

12 Dekabr

\"Meta\" ilə bağlı rəqabət araşdırması

Rəqabət Qurumunun internet saytında yer alan elana görə, Meta Platforms Inc-in yeni istifadəyə verdiyi Threads tətbiqini Instagram tətbiqi ilə birləşdirərək Rəqabətin Mühafizəsi haqqında Qanunun müvafiq maddəsini pozduğunu müəyyən etmək üçün aparılan ilkin araşdırma İdarə Heyəti tərəfindən yekunlaşdırılıb. 

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı əldə edilən məlumat, sənədlər və tapıntıları müzakirə edən İdarə Heyəti tapıntıları ciddi və yetərli hesab edib və belə nəticəyə gəlib ki, Facebook, Instagram və WhatsApp-ın sahibi Meta Platforms Inc. onun barəsində istintaqın açılsın.

Açıqlamada o da bildirilib ki, Rəqabət Şurasının qəbul etdiyi araşdırma qərarları təhqiqat aparılan təsərrüfat subyektlərinin və ya təsərrüfat birliklərinin qanunu pozması və ya qanun çərçivəsində cinayət cəzası ilə üzləşməsi kimi şərh edilməməlidir. 

Günel Məlikzadə
Fins.az