Amazon Türkiyə üzərindən məhsul satan KOBİ sayı 45 minə çatıb. Bloomberg HT-də Gündem Texnologiya proqramının qonağı olan Amazon Türkiyə Əməliyyatlarının baş direktoru Hakan Karadoğan, Amazon Türkiyədə aktiv fəaliyyət göstərən kiçik və orta bizneslərin artım tempinin əvvəlki ilə nisbətən 50% olduğunu söylədi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Amazon Türkiyə Baş Meneceri: “2022-ci ildə KOB-ların ixracı 500 milyon avronu keçib. Şərqi Anadoluda KOBİ-lərin böyümə sürətindəki artım digər bölgələri üstələyib. 2022-ci ildə Şərqi Anadoluda KOBİ-lərin artım tempi yüzdə 104 oldu. İkinci yerdə Cənub-Şərqi Anadolu, üçüncü yerdə isə Qara dəniz gəlir. “KOB öz məhsulunu Almaniyadakı logistika obyektimizə yerləşdirə və oradan müxtəlif ölkələrə sata bilər” dedi.
Günel Məlikzadə
Fins.az