Çin markalarının qatlana bilən smartfon bazarında üstünlüyü özünü göstərməyə başlayıb. Gələn il Samsung üçün böyük sürprizlər gətirə bilər.
Fins.az xəbər verir ki, Samsung-un uzun müddətdir dominantlıq etdiyi qatlanan smartfon bazarında işlər dəyişməyə başlayıb. Xüsusilə Çin markalarının təsiri ilə Samsung-un dominantlığı yavaş-yavaş zəifləmə əlamətlərini göstərir.
Təhlillərə görə, qatlana bilən smartfon bazarı ilin üçüncü rübündə təxminən 7 milyon ədəd satıldı və əvvəlki rüblə müqayisədə 215%, əvvəlki ilə nisbətən isə 16% artım yaşadı. Ötən ilin eyni dövründə 6,1 milyon satış həyata keçirilib.
Samsung 72% ilə bazar lideri olduğu halda, Huawei markası 9%, Honor markası isə 8% bazar payına malikdir. Galaxy Z Flip 5 modeli satışda 45 faiz, Galaxy Z Fold 5 isə 24 faiz satış payına malikdir. Ancaq gələcək dövrlər çətin ola bilər.
Günel Məlikzadə
Fins.az