MARKETİNQ

06 Dekabr

iOS 17.2 ilə iPhone 13 və 14 Qi2 simsiz enerji doldurma dəstəyi əldə edir

Apple iOS 17.2-nin ən son tərtibatçı beta versiyasını təqdim etdi. Yeni iOS 17 versiyası iPhone 13 və 14 modellərinə yeni nəsil Qi2 simsiz enerji doldurma dəstəyi gətirəcək.       

Fins.az xəbər verir ki, Apple-ın tezliklə təqdim edəcəyi iOS 17.2 yeniləməsi iPhone 13 və iPhone 14 modellərinə yeni nəsil Qi2 simsiz enerji doldurma standartını dəstəkləyəcək. Hazırda yeni buraxılmış iOS 17.2 RC versiyasında mövcuddur. iPhone 15Modellərdə mövcud olan bu dəstəyin köhnə modellərə də gələcəyi məlum olub.

Qi2 maqnit güc profilini özündə birləşdirən növbəti nəsil Qi simsiz enerji doldurma texnologiyasıdır. Yeni standart dəstəyin əlavə edilməsi ilə iPhone 13 və iPhone 14 modelləri Qi2 simsiz şarj cihazları ilə işləyəcək. Qi2 cihazları asan düzülmə və daha sürətli şarj üçün maqnitlərdən istifadə edən MagSafe-i dəstəkləyən aksesuarlar kimi işləyəcək.

Qi2 simsiz şarj cihazları cihazları 15 Vt-a qədər enerji ilə doldura bilsə də, iPhone-ların Qi2 aksesuarları ilə daha sürətli simsiz enerji doldurma sürətini dəstəkləyib-dəstəkləməyəcəyi hələ aydın deyil. iPhone 15 Qi2 simsiz şarjını dəstəkləsə də, Apple bildirir ki, qurğular 7,5 Vt-a qədər Qi simsiz enerji doldurmanı dəstəkləyir.

Günel Məlikzadə
Fins.az