İlon Maskın əvvəllər Twitter kimi tanınan və indi X adlanan şirkəti, onu öz ödəniş sistemini ehtiva edən maliyyə platformasına çevirmək planları ilə irəliləyir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkət həmçinin ABŞ-ın Cənubi Dakota, Kanzas və Vayominq ştatlarında pul göndərmək üçün lisenziyaya malikdir. Əvvəllər şirkətə pul köçürmə lisenziyası verən dövlətlər arasında Arizona, Corciya, Ayova, Merilend, Miçiqan, Missisipi, Missuri, Nyu-Hempşir və Rod-Aylend də var idi.
Bu plan X-i PayPal ilə rəqabətə aparacaq. Bu hərəkətə kriptovalyutanın daxil olub-olmayacağı hələ müəyyən edilməyib, lakin qeyd etmək lazımdır ki, X kriptovalyutaları dəstəklədiyi təqdirdə pul köçürmə lisenziyası tələb olunacaq.
Yadınızdadırsa, Elon Musk, müxtəlif xidmətlərdən gəlir əldə edən bir platforma yaratmaq məqsədlərinə uyğun olaraq hazırladığı süni intellekt robotu Grok-u X-in ödənişli abunəçiləri üçün əlçatan etdi.
Günel Məlikzadə
Fins.az