MARKETİNQ

04 Dekabr

Cənubi Koreya ilk casus peykini orbitə çıxarıb

Cənubi Koreya ABŞ-ın kosmik şirkəti SpaceX tərəfindən istehsal edilən "Falcon 9" adlı raketin daşıdığı casus peykini orbitə çıxarıb.

Fins.az xəbər verir ki, bu baradə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat verib.

“Falcon 9” raketinin daşıdığı casus peykinin ABŞ-ın Kaliforniya əyalətindəki Vandenberq Kosmik Qüvvələri bazasından buraxıldığını açıqlanıb.

Raket  yerli vaxtla 10.19-da uçuşunu tamamladıqdan sonra 4 dəqiqə sonra casus peyki orbitə göndərib.

Buraxılış SpaceX-in saytında canlı olaraq qeydə alınıb.

Cənubi Koreya 2025-ci ilə qədər daha dörd radar peyki göndərməyi planlaşdırır.

Cənubi Koreya Müdafiə Nazirliyi noyabrın 30-da göndərilməsi planlaşdırılan  ilk hərbi casus peykinin  buraxılış tarixinin pis hava şəraiti səbəbindən dekabrın 2-nə təxirə salındığını açıqlayıb.

Noyabrın 21-də Şimali Koreya cənuba doğru casus peyki daşıyan raket buraxıb.

Günel Məlikzadə
Fins.az