MARKETİNQ

25 Oktyabr

Spotify bu ilin üçüncü rübündə illik gəlirlərini 3,4 milyard avroya çatdırıb

Onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan Spotify bu ilin üçüncü rübündə illik gəlirlərini 11 faiz artıraraq 3,4 milyard avroya çatdırıb. Şirkət 3-cü rübdə güclü nəticələr elan edib. Onun ümumi aktiv istifadəçilərinin sayı 26 faiz artaraq 574 milyona çatıb.

Fins.az xəbər verir ki, şirkət yazılı açıqlamada bildirib:

"Bu nəticələr tarixdə ikinci ən böyük üçüncü rübdə xalis performansımızı əks etdirib. Biznes üçüncü rübdə güclü nəticələr verib, çünki bütün əsas göstəricilərimiz gözləntiləri üstələyib və biz gəlirliliyə qayıtmışıq. Üçüncü rübdə ümumi marj  26,4% ilə gözləntilərin üzərində olub . Spotify da bu rübdə 32 milyon avro əməliyyat gəliri bildirərək gəlirliliyə qayıdıb".

Şirkət üçün vacib olan ödənişli abunəçilərin sayı 30 sentyabr 2023-cü il tarixinə 226 milyona çatıb . Burada keçən ilin eyni dövrünə görə 16% artım var.

Günel Məlikzadə
Fins.az