Mobil prosessor bazarının uğurlu adlarından biri olan "Qualcomm" rəsmi olaraq “Snapdragon 8 Gen 3” üçün satışlarına başlamağa hazırlaşır.
Fins.az hazırda "Qualcomm" “Snapdragon 8 Gen 3” prosessoru ilə təchiz ediləcək flaqman telefonların hansı modellər olacağını araşdıraraq təqdim edir.
“Snapdragon 8 Gen 3” "Qualcomm"un ən yeni flaqman prosessoru olacaq. Bu kontekstdə ən çox diqqət çəkən cihazların "Xiaomi 14" və "iQOO 12" seriyaları olduğunu söyləyə bilərik.
Yeni prosessorla təchiz ediləcək flaqman telefonlar bunlardır:
1. "Xiaomi 14" seriyası (Lentament bu ay keçiriləcək)
2. "IQOO 12" seriyası
3. "Vivo X100 Pro+" seriyası
4. "OnePlus 12" seriyası
5. "Realme GT 5 Pro" seriyası
6. "Oppo Find X7 Pro" seriyası
7. "Honor magic 6" seriyası
8. "Red magic 9" seriyası
9. "Meizu 21" seriyası
10. "Samsung Galaxy S24" seriyası
11. "Redmi K70 Pro+" seriyası
"Qualcomm" həmçinin “Snapdragon 8 Gen 3”ün performans testinin nəticələri açıqlanıb. Smartfon təknüvəli testlərdə 1596, çoxnüvəli testlərdə isə 5977 xal toplaya bilib. Prosessor 1+5+2 nüvəli klasterə sahib olacaq.
Məhəbbət Məmmədov
Fins.az