"Meta" şirkətinin baş direktoru Mark Zukerberq şirkətin Kaliforniyadakı baş qərargahında keçirdiyi toplantıda yeni məhsulları ilə bağlı açıqlama verib.
Fins.az xəbər verir ki, Zukerberq 2023-cü ili “süni intellekt üçün əla il” adlandırıb və qeyd edib ki, süni intellekt chatbotları hələ də müəyyən “məhdudiyyətlərlə” işləyir.
"Meta", "Messenger" tətbiqində istifadə edilməsi planlaşdırılan "Meta AI" adlı süni intellekt chatbotunu təqdim edib.
Qeyd edilib ki, sözügedən robot “şəxsi” xüsusiyyətlərə malik olacaq və istifadəçilər robotdan “müzakirəyə son qoymaq” kimi yazışma yardımı istəyə biləcəklər.
Digər tərəfdən, bir çox məşhur adlar Meta AI-nin istifadə edə bilməsi üçün şəxsi xüsusiyyətlərini şirkətə icarəyə verməyə razılaşıblar.
Zukerberq qeyd edib ki, Snoop Dogg və Kendall Jenner kimi adların şəxsi xüsusiyyətləri təkcə suallara cavab vermək üçün deyil, həm də əyləncə məqsədləri üçün istifadə olunacaq.
Sözügedən robot əvvəlcə yalnız ABŞ-dakı istifadəçilər üçün aktiv olacaq.
Günel Məlikzadə
Fins.az