MARKETİNQ

06 Sentyabr

Dövlət işçilərinə iPhone qadağası

Dövlət işçiləri üçün iPhone qadağası Çindən gəldi.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çin hökuməti xarici texnologiyadan asılılığı azaltmaq və kibertəhlükəsizliyi artırmaq cəhdinin sonuncusu olaraq dövlət işçilərinə iPhone qadağası qoyub.

Atılan bu addımın Apple və bir çox xarici markaya mənfi təsir göstərə biləcəyi bildirilir.

Çin Apple-ın ən böyük bazarlarından biridir və oradakı satışlar Apple-ın ümumi gəlirlərinin 19 faizini təşkil edir.

Qeyd edək ki, Pekin dövlət işçilərinin iş yerlərində iPhone-dan istifadəsini illərdir məhdudlaşdırıb, lakin indi bu qadağa genişlənib.

Zəminə Hüseyn
Fins.az