15 sentyabr tarixində Google şirkəti özünün Google Glass eynəklərinin dəstəklərini tamamilə dayandıracaq. Şirkət Google Lens-ə bənzər yeni smart eynək üzərində çalışacaq. Məlumatda qeyd edilib ki, Google bunu təkbaşına deyil, hansısa şirkət ilə əməkdaşlıq çərçivəsində reallaşdıracaq.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Google yeni smart eynəyin software tərəfindən, əməkdaşlıq edəcəyi digər şirkət isə hardware tərəfindən cavabdeh olacaq. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, yeni smart eynək üçün nəzərdə tutulacaq ekranların istehsalını Google öz üzərinə götürə bilər. Bunun üçün şirkətin strukturuna daxil olan Raxium adlı digər bir şirkət mövcuddur. Sözügedən şirkət öz növbəsində micro-LED ekranların istehsalını təmin edə bilər. Yeni smart eynək 2025-ci ildə təqdim edilə bilər.