MARKETİNQ

02 İyul

Apple-ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib

ABŞ-ın texnologiya şirkəti Apple-ın bazar dəyəri keçən ilin yanvarından bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ilin əvvəlindən səhmləri 50%-dən çox bahalaşan Apple-ın səhmləri 1%-dən çox artaraq 193,15 dollar olub.

Beləliklə, dünyanın ən dəyərli şirkəti olan Apple-ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.

Şirkətin bazar kapitallaşması ilk dəfə 2022-ci ilin yanvarında qısa müddət ərzində 3 trilyon dolları ötüb və Apple-ı “3 trilyon dollarlıq bazar kapitalına çatan ilk şirkət” edib.

Leyla Fikrətqızı 
Fins.az