MARKETİNQ

02 İyul

Twitter-də məzmuna baxış məhdudiyyəti

Bu dəfə məhdudiyyət hücumu Twitter-i satın aldıqdan sonra bir çox qərarlar verən Elon Muskdan gəldi. Twitter istifadəçiləri bir müddətdir ki, limit xəbərdarlığı ilə üzləşirlər.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, “Twitter” sosial media platformasında limit məsələsini müzakirə edərkən şirkətin baş direktoru İlon Mask açıqlama verib.

Twitter hesabında paylaşım edən Elon Musk, "müvəqqəti məhdudiyyət" tətbiq etdiklərini açıqladı. Bunu sistemdəki manipulyasiyaları aşkar etmək üçün bir tədbir olaraq izah edən Musk, hesablara görə edilən məhdudiyyəti də açıqladı:

- Doğrulanmış hesablar gündə 6000 yazı oxumaqla məhdudlaşır;

- Gündə 600 yazıya qədər təsdiqlənməmiş hesablar;

- Yeni təsdiqlənməmiş hesablar gündə 300-ə qədər yazı oxuya biləcək.

Leyla Fikrətqızı 
Fins.az