MARKETİNQ

25 İyun

Xiaomi öz elektrikli skuter portfelini zənginləşdirəcək

Xiaomi Electric Scooter 4 Go tezliklə Avropa bazarında satışa çıxarılacaq.

Fins.az "CNN"ə istinadən xəbər verir ki, bu skuter 250 Vt mühərriki ilə seçilir və bir dəfə doldurulmaqla 11 mil (18 km) məsafə qət edə bilir.

Xiaomi Scooter 4 Go Polşa və Macarıstanda müxtəlif pərakəndə satış saytlarında qeyd olunub. 

Qeyd edək ki, Şərqi Avropanın iki ölkəsi olan Macarıstan və Polşada Xiaomi Scooter 4 Go-nun qiyməti 348 avro ilə 458 avro arasında dəyişir. Xiaomi skuterin rəsmi buraxılış tarixini açıqlamasa da, bunun tezliklə baş verəcəyi gözlənilir.

Zəminə Hüseyn
Fins.az