MARKETİNQ

25 İyun

"Thermonator" adlı 4 ayaqlı robot anons edilib

"Throwflame" şirkəti "Thermonator" adlı 4 ayaqlı robotu anons edib.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, robotun digər 4 ayaqlı robotlardan əsas fərqi ondadır ki, onun belində əsl odpüskürən mövcuddur.

Bu robot hamı üçün əl çatan olacaq. "Thermonator"un əsasını "Unitree Go1" adlı robot təşkil edir. Onun bel hissəsində isə böyük yanacaq bakına sahib odpüskürən yerləşdirilib.

Bu robotun alınması üçün hansısa xüsusi icazənin əldə edilmə vacibliyinin olub-olmayacağı bilinmir. Thermonator bu ilin üçüncü rübündə satışa çıxmalıdır. Onun hansı qiymətə satılacağı hələ məlum deyil.

Zəminə Hüseyn
Fins.az