MARKETİNQ

24 İyun

Apple iOS 17 Beta 2-nin yeni funksiyaları

Apple, WWDC 2023 təqdimatında iOS 17-ni təqdim edib. 

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  iMessage ilə siz cihazın öz mesaj proqramı vasitəsilə iPhone-dan istifadə edərək başqa dostunuzla məkan məlumatınızı paylaşa biləcəksiniz.

Bu funksiya məkanınızı dostunuz və ya ailə üzvünüzlə paylaşmağı asanlaşdırır. Bu yolla, mesajı göndərdiyiniz şəxsə təxmini gəliş vaxtınızı göndərə biləcəksiniz və ona çatdığınız zaman həmin şəxsə bildiriş göndəriləcək.

Apple Music Widget-ı ana ekranınıza daha böyük və ya daha geniş əlavə edə bilərsiniz.

iOS 17 Beta 1-də olmayan, lakin 2-ci yeniləmədə yayımlanan başqa bir xüsusiyyət Stand By xüsusiyyətidir. İndi siz telefonunuzu şəbəkəyə qoşduqda onu stolüstü saat kimi istifadə edə bilərsiniz. 

Apple, WWDC 2023-də elan etdiyi iOS 17 yeniləməsinin tarixini dəqiqləşdirməsə də, bu yeniləməni iPhone 15 ilə sentyabr ayında hər kəs üçün təqdim edəcəyi gözlənilir.

Zəminə Hüseyn
Fins.az