MARKETİNQ

24 İyun

MacBook Pro 43% istifadəçilər arasında yayılmış Mac kompüteridir

Consumer Intelligence Research Partners (CIRP) adlı analitik şirkət Apple kompüterlərinin satışları barəsində hesabatını təqdim edib.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, hesabata görə, macOS-a üstünlük verənlərin çoxları üçün Apple kompüterlərinin alışı zamanı satış qiyməti əsas rol oynayan faktor deyil.

Bütün dünyada Apple şirkətinin ən çox yayılmış Mac kompüteri MacBook Air deyil, daha baha qiymətə satılan MacBook Pro-dur.

MacBook Air-də bu göstərici 34%, MacBook Pro-da isə 43% təşkil edir. Bununla yanaşı Apple kompüterlərinin arasında noutbukların pay göstəricisi keçən ildən 3% yüksələrək 77%-ə çatıb. Öncədən güman etmək olardı ki, istifadəçilər arasında Apple şirkətinin desktop kompüterləri üzrə ən məşhur olanı aşağı qiymətə satılan Mac mini-dir. Lakin məlum olub ki, onun Apple istifadəçiləri arasında pay göstəricisi cəmi 3% təşkil edir. İstifadəçilərin çoxu isə Mac Pro-ya (9%) və ya iMac-a (10%) üstünlük verir.

Zəminə Hüseyn
Fins.az