MARKETİNQ

24 İyun

Yutuba süni intellektlə dublyaj funksiyası gəlir

"YouTube" süni intellektin dəstəyi ilə dublyaj işinə yeni ölçü gətirir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət yaradıcılara süni intellektdən istifadə edərək videolarını avtomatik olaraq digər dillərə köçürməyə kömək edəcək yeni aləti sınaqdan keçirir.

Şirkət bildirir ki, əvvəlcə o, yalnız ingilis dilindən ispan və portuqal dillərinə dublyaj edilib, lakin yaxın gələcəkdə daha çox dil variantları mövcud olacaq.

YouTube süni intellektlə işləyən "Aloud" səsvermə xidməti ilə əməkdaşlıq edib. Şirkət elan edib ki, 2023-cü ilin iyun ayına kimi yaradıcılar 70-dən çox dildə 10.000-dən çox video səsləndiriblər.

Zəminə Hüseyn
Fins.az