MARKETİNQ

23 İyun

Pixel Watch seriyası yeni modeldə

Google Pixel Watch 2 bu dəfə iki fərqli variantla gələcək. 

Fins.az "CNN"ə istinadən xəbər verir ki, Pixel 8 seriyası ilə paralel olaraq buraxılması gözlənilən Pixel Watch 2-nin bu payızda ikili varianta sahib olacağı məlumatı paylaşılıb.

Qeyd edək ki, Pixel Watch 2 əvvəlki model Pixel Watch-un ikinci nəsil versiyasıdır. İddialara görə, Google-un növbəti ağıllı saatı bu payızda təqdim ediləcək. Pixel Watch 2-də Fitbit brendi altında uşaqlar üçün xüsusi modelin də olacağını göstərir.

Zəminə Hüseyn
Fins.az