Son zamanlar qlobal miqyasda artan texnologiya şirkətlərində işdən çıxarılmalar bu ilin ilk 5 ayında pik həddə çatıb.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, "Google", "Microsoft" və "Amazon" da daxil olmaqla şirkətlər 2023-cü ildə işdən çıxarmağa davam edir.
İlin əvvəlindən bəri dünyada 718 texnologiya şirkətləri 200 min işçini yerini ixtisar edib. Ötən il 1056 texnologiya şirkəti 165 minə yaxın insanı işdən çıxarıb.
Ən çox işdən çıxarılan şirkət "Google" olaraq müəyyən edilib. Kovid-19-un başlanğıcından bu yana 12 min insanı işdən çıxaran "Google"u sırasıyla "Meta", "Microsoft" və "Amazon" izləyir.
Zəminə Hüseyn
Fins.az