MARKETİNQ

12 May

Azərbaycanda “Samsung Galaxy S23 Ultra” mobil telefonu neçəyə satılır? - SİYAHI – FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Samsung Galaxy S23 Ultra” mobil telefonu müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Samsung Galaxy S23 Ultra” mobil telefonu mayın 12-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “Maxi” şirkətinə, baha isə “Kontakt Home”, “Baku Electronics” və “Elit Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 230.99 manat təşkil edir.

2023-cü ilin istehsalı olan “Samsung Galaxy S23 Ultra” mobil telefonun daxili yaddaşı 256GB və operativ yaddaş (RAM) 12GB olmaqla yanaşı,  ümumi xüsusiyyətlərinə görə əməliyyat sistemi “Android 13, One UI 5.1”, prosessor sürəti “3.36 GHz”, prosessorların sayı 8, SIM kart “Dual”, 5G şəbəkəni dəstəkləyən və başqa üstünlüklərə malikdir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“Maxi”
Nəğd qiymət: 2 969 AZN

“İrşad Electronics”
Nəğd qiymət: 3199 AZN

“Kontakt Home”
Nəğd qiymət: 3199.99 AZN

“Baku Electronics”
Nəğd qiymət: 3199.99 AZN

“Elit Optimal”
Nəğd qiymət: 3,199.99 AZN

Fuad Mədətov
Fins.az